“Facebook” 1 milyon avro məbləğində cərimə edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Facebook” 1 milyon avro məbləğində cərimə edilib

17:32 - 08 / 07 / 2019
“Facebook” 1 milyon avro məbləğində cərimə edilib

İtaliyanın fərdi məlumatların mühafizəsinə dair təşkilatı dünyaca məşhur sosial şəbəkəni “Cambridge Analytica” şirkəti ətrafında yaşanan qalmaqal ilə bağlı qayda pozuntusuna görə 1 milyon avro məbləğində cərimə edib.

AZƏRTAC İtaliya mətbuatına istinadla xəbər verir ki, Britaniya şirkəti təxminən 87 milyon “Facebook” istifadəçisinin razılığı olmadan onların şəxsi məlumatlarını toplayıb və fərdi siyasi reklam üçün istifadə edib. Məlumatların ötürülməsinin 2016-ci ildə Brexit üzrə keçirilən referendumda və həmin ildə Donald Trampın qələbəsi ilə yekunlaşan ABŞ-dakı prezident seçkilərində seçicilərin əhval-ruhiyyəsinə təsir etməsi ehtimal olunur.

Təhlükəsizlik təşkilatının məlumatına əsasən, cərimə 57 nəfər italyanın “Facebook” loqini vasitəsilə “ThisIsYourDigitalLife” tətbiqini yükləməsi ilə bağlıdır. Belə ki, bu tətbiq “Cambridge Analytica” şirkəti tərəfindən məlumatların toplanması üçün istifadə edilib.

Yükləmələrdən sonra tətbiqi yükləməyən və razılığını verməyən və ya məlumatlandırılmayan daha 214,077 italyan istifadəçi barədə də məlumat əldə olunub. Lakin bu məlumatların faktiki olaraq “Cambridge Analytica” şirkətinə ötürülmədiyi bildirilib.

1news.az

Paylaş:
394

Son xəbərlər

“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19
Bütün xəbərlər