Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Bakı Limanının fəaliyyəti ilə tanış olub - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Bakı Limanının fəaliyyəti ilə tanış olub - FOTO

22:18 - 09 / 07 / 2019
Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Bakı Limanının fəaliyyəti ilə tanış olub - FOTO

İyulun 9-da Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin fəaliyyəti ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat naziri Şahin Mustafayev yeni Bakı Limanının fəaliyyəti, iş prinsipi barədə qonağı məlumatlandırıb. O bildirib ki, 2018-ci il mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib. Limanın inşası Prezident İlham Əliyevin ölkənin regional nəqliyyat qovşağına çevrilməsi siyasətində mühüm yer tutur. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərində yerləşməklə yeni liman üçün zəngin tranzit potensialı yaradır, ona ölkəyə daxil olan, ölkədən daşınan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirmək, Xəzər dənizi ilə səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin etmək imkanı verir. Bu kompleks Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükyığma məntəqəsi funksiyalarını yerinə yetirir. Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yüklər yeni liman kompleksində toplanır və Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilərlə şərq istiqamətində daşınır. Həmçinin Bakı Limanı Avropa-Asiya ticarət dövriyyəsində mühüm mövqeyə malikdir. Azərbaycan Avropa və Asiyanı əlaqələndirən nəqliyyat dəhlizi və öz strateji mövqeyi ilə nəqliyyat və logistika qovşağı kimi əhəmiyyətli rol oynayır. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazidə sərbəst iqtisadi zona yaradılır. Bu, mühüm nəqliyyat qovşağı olan limanı tranzit və daşımalar üçün daha geniş imkanlarla təmin edəcək.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov qonağa məlumat verib ki, limanda tətbiq olunmağa başlanan IT sistemi bütün əməliyyatları avtomatlaşdırıb yük sahibinə onlayn rejimdə yükə nəzarət etmək, ərazidəki yerini təyin etmək və sair üstünlüklər verir. Yüklərin sürətli və səmərəli yüklənib-boşaldılması üçün Liman Əməliyyat İnformasiya Sistemi vasitəsilə əraziyə daxil olan konteyner, TIR vasitəsilə gətirilən quru yüklərin gəmilərə yüklənmə və boşalma vaxtı müəyyən edilir və proseslər həmin qrafikə uyğun həyata keçirilir. İnternet vasitəsilə işləyən bu əməliyyat sistemi yük sahibinə yükün Bakı Limanına daxil olması və limandan çıxması barədə dərhal məlumat verir. Tətbiq edilən ən son müasir texnoloji və mühəndis həlləri kompleksi regionda beynəlxalq tələblərə cavab verən ən müasir və rahat yükaşırma mərkəzinə çevirir, mühüm nəqliyyat qovşağı kimi onun tranzit və daşıma imkanlarını artırır.

Sonra qonaq limanda yaradılan infrastrukturla tanış olub.

İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib ki, liman 400 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Müasir dövrün ən son mühəndislik yeniliklərindən olan dəmir-beton konstruksiyalı istinad divarının uzunluğu isə 1777 metr təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni vaxtda 11 gəmi yan ala bilər. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Ümumiyyətlə isə bütün inşa işləri bitdikdən sonra liman mövcud 17 körpüsü ilə 25 milyon ton yük, o cümlədən 500 min konteyner yük aşıra biləcək.

1news.az

Paylaş:
884

Son xəbərlər

Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07
Bütün xəbərlər