İstirahət günləri üçün hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İstirahət günləri üçün hava proqnozu açıqlanıb

15:30 - 10 / 07 / 2019
İstirahət günləri üçün hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva gözlənilən hava şəraiti ilə bağlı jurnalistlərə açıqlama verib.

1news.az-ın məlumatına görə, Departament rəhbəri iyul ayında havanın çox isti keçməməsinə diqqət çəkib:

“Sevindiricidir ki, iyul ayının birinci ongünlüyündə yayın qızmar istisi bizi sınağa çəkmir. Havanın orta temperaturu bu ayın normasını cəmi 0,7 dərəcə üstələyir.

U.Tağıyeva yaxın istirahət günlərində hava şəraitinin bu ay üçün nisbətən sərin keçəcəyini bildirərək bunu iyulun 12-də axşama doğru şimal-qərb, şimal küləyinin güclənəcəyinin gözlənilməsi ilə əsaslandırıb:

“Hava iyulun 13-14-də güclü küləkli olacaq, küləyin maksimal sürətinin saniyədə 23-28 metrə çatacağı proqnozlaşdırılır, buna görə də dənizdə istirahət zamanı diqqətli olun.

 Havanın temperaturu isə bu günlə müqayisədə 5-8 dərəcə aşağı enərək, 28-32 dərəcədən yüksək olmayacaq. Bu da bizim regionda ilin bu fəsli üçün nisbətən komfort temperatur göstəriciləri sayıla bilər.

Respublikanın rayonlarında, xüsusən də dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan xarakterli yağış, dolu ehtimalı var. Dağ çaylarında sululuğun artacağı gözlənilir”- deyə, Departament rəhbəri qeyd edib.

1news.az

Paylaş:
640

Son xəbərlər

Bütün xəbərlər