Qayınanası ilə dalaşdı, mismar uddu – BAKIDA | 1news.az | Xəbərlər
Cəmiyyət

Qayınanası ilə dalaşdı, mismar uddu – BAKIDA

10:43 - 10 / 07 / 2019
Qayınanası ilə dalaşdı, mismar uddu – BAKIDA

Bakıda ailə münaqişəsi zəminində qəribə hadisə baş verib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, hadisə paytaxtın Xətai rayonu, Əhmədli küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan 1989-cu il təvəllüdlü Babayev Əlamət Nazim oğlu yaşadığı evdə qayınanası ilə mübahisə edib.Mübahisə nəticəsində Ə.Babayev mətbəxdən götürdüyü qaşıq və mismarı udub.

Ə.Babayev xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

S.Xankişiyeva

Paylaş:
988

Son xəbərlər

Bütün xəbərlər