Bakıdan uçan “Buta Airways”in təyyarəsi Batumiyə yola düşüb – YENİLƏNİB | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıdan uçan “Buta Airways”in təyyarəsi Batumiyə yola düşüb – YENİLƏNİB

16:21 - 12 / 07 / 2019
Bakıdan uçan “Buta Airways”in təyyarəsi Batumiyə yola düşüb – YENİLƏNİB

Bu gün saat 07:46-da Bakıdan Gürcüstanın Batumi şəhərinə hərəkət edən sərnişin təyyarəsi təyinat məntəqəsindəki qeyri-sabit hava şəraiti ilə əlaqədar yolun yarısından geri qayıdıb.

1news.az-aButa Airways”-dən verilən məlumata əsasən,  təyyarə saat 14:38-də Bakıdan Batumiyə yola düşüb.

11.17

Batumi Hava Limanında (BUS) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Buta Airways"in saat 07:46-da Bakıdan yola düşən J2 9227 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.

Bu barədə 1news.az-a "Buta Airways"ə istinadən xəbər verir.

Məlumata görə, reys Bakı vaxtı ilə saat 10:12-da Heydər Əliyev Aeroportunda (GYD) uğurlu eniş edib.

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Bakıdan Batumiyə yola düşəcək.

S.Xankişiyeva

 

Paylaş:
677

Son xəbərlər

Bütün xəbərlər