DSX: Gürcüstan vətəndaşları “Keçikçi qala”da Azərbaycanın sərhəd naryadına qarşı insident törədib | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX: Gürcüstan vətəndaşları “Keçikçi qala”da Azərbaycanın sərhəd naryadına qarşı insident törədib

16:15 - 15 / 07 / 2019
DSX: Gürcüstan vətəndaşları “Keçikçi qala”da Azərbaycanın sərhəd naryadına qarşı insident törədib

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi Keçikçi dağda baş verən hadisə haqqında məlumat yayıb.

1news.az-ın verdiyi xəbərə görə, məlumatda deyilir:

"İyulun 14-də saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib.

Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılıb və DSX-nin şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib".

S.Xankişiyeva

 

 

Paylaş:
585

Son xəbərlər

Bütün xəbərlər