Sabirabad bazarında baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Bu gün səhər saatlarında Sabirabad şəhərində Mərkəzi bazarın ərazisində yanğın baş verib.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar 1300 kv.m sahədə yanıb.
Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin 11 texnikası cəlb edilib.
Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.
1news.az
667