AZAL-ın təyyarəsi quşla toqquşub

Bu gün səhər saatlarında Naxçıvan-Bakı istiqamətində reys həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus Airbus 320 təyyarəsi quş ilə toqquşub.
1news.az AZAL-ın “facebook” səhifəsinə istinadla xəbər verir ki, bu hadisə texniki göstəricilərə təsir etmədiyinə görə hava gəmisinin kapitanı uçuşu davam etdirməyi qərara alıb və uçuş ştat rejimində keçib.
Təyyarə Bakıda uğurlu eniş edib, xəsarət alan yoxdur.
P.S.
880