Bəzi ərazilərin təbii qaz təchizatı dayandırılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bəzi ərazilərin təbii qaz təchizatı dayandırılacaq

11:14 - 18 / 07 / 2019
Bəzi ərazilərin təbii qaz təchizatı dayandırılacaq

Bu gün bəzi ərazilərin təbii qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən 1news.az-a bildirilib ki, qaz təchizatı şəbəkəsində itkilərin qarşısının alınması məqsədilə “Zərdab-Ucar” avtomobil yolu istiqamətində orta təzyiqli yeraltı və yerüstü qaz xətlərinin sınaq işləri ilə bağlı qaz təchizatının dayandırılmasına zərurət yaranıb.

Bu gün saat 14:00-dan işlər bitənədək qeyd edilən ərazidə 4 kənd, 5 qaçqın ailəsi və 32 hektar yaşayış sahəsi daxil olmaqla 1219 abonentin qaz təchizatı dayandırılacaq.

1news.az

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər