“Kontakt Home” mətbuat işçilərini orijinal formada təbrik edib – FOTO – VİDEO
“Kontakt Home” şirkəti Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Əkinçi qəzetinin 144-cü il dönümü ərəfəsində, “Milli Mətbuat Günü” münasibətilə ağacəkmə aksiyası həyata keçirilib.
İctimai-sosial əhəmiyyətli tədbirlərin həyata keçirilməsini hər zaman Korporativ Sosial Məsuliyyət siyasətinin bir parçası hesab edən “Kontakt Home” bu dəfəki aksiyanı “Əkinçi”nin varisləri, ölkə mətbuatının inkişafı üçün çalışan mətbuat nümayəndələrinə həsr edib.
Aksiya çərçivəsində şirkətin əməkdaşları tərəfindən Bakının Avtovağzal metrostansiyası yaxınlığında abadlaşdırma işləri həyata keçirilib və 250 ədəd həmişəyaşıl ağac növləri əkilib. Daha sonra mətbuat orqanlarına üzərində aksiya barədə məlumat əks olunan təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, Azərbaycanın ən tanınmış yerli brendlərindən olan “Kontakt Home” ilk fəaliyyətinə 2005-cil ildə başlayıb. Hazırda şirkətin Bakı, Xırdalan, Sumqayıt və Gəncə şəhəri daxil olmaqla, ümumilikdə 23 mağazası fəaliyyət göstərir.
“Kontakt Home” mağazalar şəbəkəsində müxtəlif rəqəmsal texnikanın: mobil və dekt telefonlar, televizorlar, planşetlər, kompüter və ofis texnikası, fotoaparatlar, videokameralar, audio və video texnikalar, kiçik və böyük məişət texnikasının, eləcə də mebel və ev tekstilinin geniş çeşidi təqdim olunur.
Hal-hazırda Kontakt Home Samsung, HOFFMANN, LG, Gorenje, Philips, HTC, Sony, Braun, Hansa, Kenwood, Redmond, Russell Hobbs, THOMAS, GIGASET, Remington, Toyota, Delonghi, Sonorous, Wexler, Meizu, Trust, ELARI, Medisana, GGMM, Odoyo, həmçinin GALA, Adona, Calitelli, Asoda, Interdesign, Dstill, Bysehpa, Togostyle, Bellissa, SarEv kimi brendlərin rəsmi distribüteridir.
Reklam hüququnda