Azərbaycanla İran arasında dəmir yolları sahəsində əməkdaşlıq müzakirə ediləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanla İran arasında dəmir yolları sahəsində əməkdaşlıq müzakirə ediləcək

12:57 - 22 / 07 / 2019
Azərbaycanla İran arasında dəmir yolları sahəsində əməkdaşlıq müzakirə ediləcək

İran İslam Respublikasının yol və şəhərsalma nazirinin müavini  və Dəmir Yolları şirkətinin direktoru Səid Rəsuli  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin direktoru və Azərbaycan Respublikasının digər rəsmi şəxsləri ilə müzakirələr aparmaq üçün dünən gecə Bakıya səfər edib.

1news.az-ın məlumatına görə, bu səfər çərçivəsində tərəflər Astara gömrük məntəqəsində vahid pəncərə sisteminin təkmilləşdirilməsi, dəmir yolları sahəsində əməkdaşlıqlar, xüsusilə Rəşt – Astara dəmir yolunda son durum haqqında fikir mübadiləsi aparacaqlar.

Həmçinin S.Rəsulinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Cavid Qurbanovdan başqa, Azərbaycan Respublikasının digər rəsmi şəxsləri ilə, o cümlədən iqtisadiyyat naziri ilə görüşü də nəzərdə tutulub.

1news.az

Paylaş:
714

Son xəbərlər

Bütün xəbərlər