“Tarkan” vəfat etdi – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

“Tarkan” vəfat etdi – FOTO

16:33 - 25 / 07 / 2019
“Tarkan” vəfat etdi – FOTO

Ərəb dünyasının "Tarkan"ı adlandırılan müğənni Tomi Omran vəfat edib.

36 yaşlı məşhur müğənni uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

"Angel in the Sky" adlı mahnısı ilə Avropanın ən yaxşı 40 musiqisi siyahısına adını yazdıran Tomi Omran beyin xərçənginə məğlub olub.

Omran doğulduğu Səudiyyə Ərəbistanında dəfn edilib.

1983-cü ildə ABŞ-ın Kaliforniya ştatında doğulan Tomi Omranın anası türk, atası ərəbdir. Özünə xas tərzi ilə məşhurlaşan müğənni "ərəblərin Tarkanı" adlandırılırdı.

Teleqraf.com

S.Xankişiyeva

 

Paylaş:
2053

Son xəbərlər

Bütün xəbərlər