Azərbaycanın hərbi təyyarəsi qəzaya uğradı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın hərbi təyyarəsi qəzaya uğradı

10:25 - 25 / 07 / 2019
Azərbaycanın hərbi təyyarəsi qəzaya uğradı

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ilkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

1news.az

Paylaş:
958

Son xəbərlər

Bütün xəbərlər