Politoloq: AES ətrafında baş verənlər Rusiya-Ermənistan münasibətlərində narazılığın dərinliyinin yeni səhifəsidir | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: AES ətrafında baş verənlər Rusiya-Ermənistan münasibətlərində narazılığın dərinliyinin yeni səhifəsidir

11:18 - 31 / 07 / 2019
Politoloq: AES ətrafında baş verənlər Rusiya-Ermənistan münasibətlərində narazılığın dərinliyinin yeni səhifəsidir

Rusiya tərəfi mətbuata 2020-ci ilin yanvarın 1-dən qazın qiymətinin 200 dollar olacağını sızdırdı.

N.Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya qazın qiymətini 10 faiz bahalaşdıraraq 150 dollardan 165 dollara qaldırdı. Sonra deyildi ki, 2020-ci ildən qazın qiyməti daha 10 faiz bahalaşaraq təxminən 183-185 dollar çərçivəsində olacaq. Bu da Moskvanı qane etmədi və qazın qiymətinin 200 dollar olacağı barədə qeyri-rəsmi  məlumat yayıldı.

Qaz məsələsində “Qazprom”un (RF) özünə və yaxud Rusiyaya bir şey edə bilməyən rəsmi Yerevan “Qazprom-Armeniya”ya hücumları artırır. O artıq 20, 8 min dollar məbləğində cərimə olundu.

Dövlət Gəlirləri Komitəsi Rusiyanın Gümrüdəki hərbi bazasını cərimələdi. Bu zaman kassa çeki verilməyib. Siyasilərin fikrincə, bu səfir S.Kopırkinin R.Köçəryanla görüşünə rəsmi Yerevanın verdiyi cavab reaksiyası idi.

Rəsmi Moskvanın belə addım atması onun Ermənistan rəhbərliyinin apardığı siyasətdən hədsiz çox narazı qaldığının göstəricisidir. Qazın qiymətinin bahalaşmasını elan etməzdən əvvəl “Taşir” qrupunun başçısı S.Karapetyan Yerevanda N.Paşinyanla söhbət etmişdi.

Rusiya Ermənistan AES-in kapital təmirinə ayırdığı krediti  dayandırdı. Formal səbəb Yerevanın müraciəti oldu. Yerevan Rusiyadan atom AES-in tikintisi üçün aldığı kreditin vaxtının uzatmaqla bağlı rəsmən müraciət etmişdi, Moskva bu müraciətə müsbət cavab verdi və sonradan fikrini dəyişdi. Guya kreditlə əlaqəli bəzi məsələləri həll etmək üçün vaxt lazımdır. Bununla da əlaqədar kredit məsələsi qaldı bir tərəfdə, AES-in təmirini dayandırdı. AES-də isə vəziyyətin belə alınmasının səbəbi çox böyük ehtimalla Tiqran Avinyanın ABŞ -da verdiyi bəyanat ola bilər: “Rusiya tərəfdaşımız ilə AES tikintisini müzakirə etməyə hazırıq və artıq müzakirə edirik”. Paşinyan höküməti bir tərəfdən AES kreditinin vaxtını uzatmaq üçün yalvarır, digər tərəfdən RF adından istifadə edib, ABŞ-ı AES tikintisinə səsləyir. AES tikintisinin geosiyasi mübarizə parametrinə çevrildiyi vaxtda Kreml Ermənistanını belə alçaldıcı münasibətinə dözməməli idi. Bu artıq Rusiya-Ermənistan münasibətlərində narazılığın dərinliyinin yeni səhifəsidir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
768

Son xəbərlər

Bütün xəbərlər