Bakıda avtobus qəzası: ölən və yaralananlar var

Bakının Sabunçu rayonunda qəza baş verib.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, rayonun R.Rüstəmov küçəsi 86 ünvanında avtobusla minik maşını toqquşub.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər yaralanıb, 1 nəfər ölüb.
Yaralılar 3 saylı Bakı Şəhər Klinik Xəstəxanaya çatdırılıblar. Onların vəziyyətləri orta-ağırdır.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev hadisənin təfərrüatı ilə bağlı açıqlama yayıb.
Bildirib ki, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən "Opel" markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxıb. Daha sonra Qara Qarayev prospekti istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan (99 XJ 582 Dövləq Qeydiyyat Nişanı) avtobusun qarşısına çıxaraq avtobusa dəyib. Nəticədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hazırda qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırma aparılır.
1news.az