Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ikinci qrupu yola düşdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ikinci qrupu yola düşdü

16:02 - 02 / 08 / 2019
Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ikinci qrupu yola düşdü

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ikinci qrupu artıq Səudiyyə Ərəbistanına yola düşüb.

Bu barədə 1news.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, qrupa 180 zəvvar daxildir. Bundan əvvəlki 180 zəvvardan ibarət qrup isə gecə saatlarında yola düşüb.

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulmuşdu.

Xatırladaq ki, zəvvarlar avqustun 2-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə yola salınacaqlar.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.

S.Xankişiyeva

 

Paylaş:
973

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər