XI Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqisevərlərə qapılarını açdı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqisevərlərə qapılarını açdı – FOTO

10:00 - 02 / 08 / 2019
XI Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqisevərlərə qapılarını açdı – FOTO

Artıq 11 ildir ki, ölkəmizin səxavətli və səfalı guşəsi olan Qəbələ şəhəri Azərbaycandan və bütün dünyadan musiqisevərləri bir araya gətirir.

Əhali arasında həm ölkəmizin, həm də xarici dövlətlərin klassik musiqi janrlarını tanıdan Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk konsert 2019-cu ilin 31 iyul tarixində Qəbələ Rayon Mədəniyyət Mərkəzində baş tutub.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin iştirakı ilə keçirilmiş konsert nəcib və zəngin əsərlər və ifalar ilə yadda qaldı. Təcrübəli və tanınmış dirijor Cavad Tağızadənin rəhbərliyi ilə gerçəkləşən konsertdə Azərbaycan və dünya bəstəkarlarının məşhur əsərləri səsləndi. Gənc və çox istedadlı solistlər Taleh Yahyayevin (bariton), Nigar Cəfərovanın (soprano), Mahir Tağızadənin (bariton), Rəsul Əliyevin (fleyta), Nəzrin Aslanlının (violin), Safura Aslanovanın (vokal), Məmmədəli Paşazadənin (klarnet) çıxışları zalda əyləşmiş çoxsaylı tamaşaçıları valeh etdi.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holding”in dəstəyi ilə keçirilən festivalın təntənəli açılış mərasimi avqustun 1-də axşam saatlarında Qəbələ Rayon Mədəniyyət Mərkəzində keçirilib.

1news.az

Paylaş:
714

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər