Azərbaycanlı telejurnalistin ailəsində faciə | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı telejurnalistin ailəsində faciə

17:14 - 05 / 08 / 2019
Azərbaycanlı telejurnalistin ailəsində faciə

Tanınmış telejurnalist Yusif Kərimlinin oğlu dənizdə batmaq təhlükəsilə üz-üzə qalıb.

1news.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edilib ki, teleaparıcı Yusif Kərimlinin azyaşlı övladı dünən çimərlikdə boğulmaq təhlükəsi ilə üzləşib. Uşağın xalası onu xilas edib, amma özü boğulub. Komaya düşən azyaşlı isə ətrafdakıların köməyi ilə xəstəxanaya aparılıb, reanimasiyadadır.

Qeyd edək ki, Yusif Kərimli "Xəzər" telekanalında çalışır. O, bu telekanalda bir sıra verilişlərin aparıcısı və redaktoru olub. 

1news.az

 

Paylaş:
412

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər