Təhsil Nazirliyi rektorlara tapşırıq verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyi rektorlara tapşırıq verdi

16:36 - 14 / 08 / 2019
Təhsil Nazirliyi rektorlara tapşırıq verdi

Təhsil Nazirliyi ödənişli əsaslarla təhsil almaq hüququ qazanan tələbələrlə bağlı universitet rəhbərlərinə tapşırıq verib.

Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratmaları üçün tapşırıq verilib.

Məlumat üçün bildirək ki, ali təhsil müəssisələrinin builki müsabiqəsində 58 258 nəfər iştirak edib.

Onlardan 42 062 nəfəri (o cümlədən 3 542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17 820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24 242 (o cümlədən 2 956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Report.az

S.Xankişiyeva

 

Paylaş:
778

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər