Cənub Qaz Dəhlizinin reallaşdırılması əhalinin sosial rifahının yaxşılaşmasına gətirib çıxaracaq ən əsas amillərdəndir
Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə ölkə başçısı Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması nəticəsində Azərbaycanın əlavə gəlir əldə edəcəyini bildirib:
“İqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır ki, bu, dayanıqlı olsun. Cənub Qaz Dəhlizinin icrası ilə bağlı çox əhəmiyyətli işlər görülüb. Hazırda Cənub Qaz Dəhlizinin icrası sona yaxınlaşır. Artıq onun sonuncu seqmentinin icrası başa çatır. Bu, tarixi layihədir. Hesab edirəm ki, altı ayda görülmüş işlər təqdirəlayiqdir”.
Prezident İlham Əliyev öz çıxışında iqtisadi artımlar üçün yeni mənbələrin vacibliyini bildirdi. Burada söhbət həm enerji, həm də qeyri-enerji sahəsindən gedir: Azərbaycanın kənd təsərrüfatının müxtəlif sahələrində apardığı işlər göz önündədir. Son 2-3 il ərzində kənd təsərrüfatı, eyni zamanda qeyri-neft sektorundan əldə olunan gəlirlər artmaqdadır. Bunun da əsas səbəbi odur ki, Azərbaycan gələcəkdə təkcə enerji layihələrindən deyil, qeyri-enerji, turizm, elmi-tərəqqi sahələrindən də gəlir əldə etmək niyyətindədir. Ümumiyyətlə yaxşı məlumdur kı, rəsmi Bakı mühüm iqtisadi, mədəni, siyasi layihələrdə bəzən müxtəlif ölkələrin qeyri-adekvat siyasəti ilə qarşılaşır. Ancaq buna baxmayaraq, meqalayihələri reallaşdırmağı bacarır.
Cənub Qaz Dəhlizinin reallaşdırılması o deməkdir ki, Azərbaycanın əlavə gəliri artacaq. Bu, əhalinin sosial rifahının, iqtisadi potensialın yaxşılaşmasına gətirib çıxaracaq ən əsas amillərdəndir. Sözügedən layihələr həmçinin çox böyük siyasi əhəmiyyətə malikdir. Azərbaycan məhz bunun hesabına regionda öz liderlik mövqeyini daha da gücləndirir. TANAP, Bakı-Tbilisi-Qars layihəsi artıq reallaşıb və qarşıdakı ildə TAP layihəsinin həyata keçirilməsini gözləyirik.
Aparılan iqtisadi siyasətin nəticəsidir ki, təkcə bu il ərzində iki böyük sosial paketin reallaşmasının şahidi olduq. Birinci paket 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlırinin artlrılması, mühüm sosial məsələlırin həllinə 1.6 milyard manatın yönəldilmısini nəzərdə tutmuş və icra olunmuşdur. İkinci paketin icrası ilə bağlı hazırlıq işləri tamamlanmış, sentyabrın 1-dən minimal əmək haqqının 250 manata çatdırılması, əlavə olaraq 400 min nəfərin maaşının 20-50 faiz artırılması, 750 min pensiyaçıya verilən vəsaitin oktyabrın 1-dən yüksəldilməsi nəzərdə tutulmuşdur.
Zaur Məmmədov
Siyasi elmlər namizədi
Bakı Politoloqlar Klubunun sədri,