Azercell-in “Rəqəmsal dünya bölgələrdə” layihəsinin yeni səfərləri – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell-in “Rəqəmsal dünya bölgələrdə” layihəsinin yeni səfərləri – FOTO – VİDEO

10:45 - 15 / 08 / 2019
Azercell-in “Rəqəmsal dünya bölgələrdə” layihəsinin yeni səfərləri – FOTO – VİDEO

“Rəqəmsal Dünyanı Yarat” şüarı altında fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan “Azercell Telekom” MMC ölkəmizin bölgələrini qarış-qarış gəzməyə davam edir.

Bu dəfə müştəriləri üçün telekom sahəsinin ən son tendensiyalarını daha əlçatan etməyi hədəfləyərək, Azercell “Rəqəmsal Dünya bölgələrdə” adlı layihəsi ilə Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Şəkiyə səfər edib və 40 minə yaxın insanı bir araya gətirməyə müvəffəq olub. Dinamik və dəyişkən texnologiyaları tətbiq edib trendə çevirən şirkət, rəqəmsal savadlılıq səviyyəsinin artırılması və Azercell-in yeni innovativ xidmətlərinin tanıdılması məqsədilə Azərbaycanın 30-a yaxın şəhər və rayonunda bu layihənin keçirilməsini planlaşdırır.

Ölkədə mobil rabitə istifadəçilərinin əksəriyyəti tərəfindən seçilən Azercell-in “Rəqəmsal Dünya bölgələrdə” layihəsi çərçivəsində insanların həyat tərzini rahatlaşdıran texnoloji yeniliklər və mobil qurğuların texniki imkanlarından istifadə edilməklə xidmətlərin əlçatanlığını nümayiş olunur. Bu tədbirlər silsiləsində bölgələrdə müxtəlif proqramlar, müsabiqələr, intellektual və əyləncəli oyunlarla yanaşı, interaktiv oyunlar da təşkil edilir, iştirakçılara hədiyyələr paylanılır.  Qeyd edək ki, “Rəqəmsal Dünya bölgələrdə” layihəsi çərçivəsində keçirilən bu tədbirlərə müvafiq İcra Hakimiyyətlərinin rəhbərliyi və nümayindələri də qatılıb.

Tədbirlərdə Azercell-in himayəsi altında olan “İmzanı tanıt” layihəsi xüsusi guşə ilə təmsil olunur. Bölgələrimizin istedadlı şəxsləri öz əl işlərini burada nümayiş etdirirlər. Qeyd edək ki, iyun ayının əvvəlindən etibarən başlayan və hər kəsin rəğbətini qazanan bu sosial çağırış, qısa müddət ərzində istedadına və bacarığına güvənən hər kəsi sosial şəbəkələrdə #imzanitanit “hashtag”ı altında toplamağa müvəffəq olub.

Eyni zamanda, Şəkidə təşkil olunan səfərlərə fəaliyyəti boyunca on minlərlə insana yardım edən Azercell-in “Mobil Diş" və “Mobil Göz" klinikaları da qoşulub. 13 avqust tarixində Azercell şirkətinin rəsmi heyəti mobil klinikalarla birlikdə  Şəki şəhər qarışıq tipli uşaq evini ziyarət edib. 60-a yaxın uşaq müayinə olunub və internat məktəbinin şagirdlərinə məktəb ləvazimatları hədiyyə edilib. 

Qeyd edək ki, “Azercell Telekom” MMC ölkəni yeni bağlantı erasına hazır etmək məqsədilə şəbəkənin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər görüb. 4.5 milyon istifadəçinin seçimi olan Azercell şirkəti Azərbaycanın  bütün bölgələrinin sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək, yüksək-sürətli interneti sayəsində ən son innovasiyaları onların istifadəsinə vermək məqsədilə ölkə boyu 4G şəbəkəsini gücləndirib və genişləndirib.  Azercell son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırıb.  Ümumilikdə, Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi 4G şəbəkəsinin əhatə dairəsindədir. Son yarımildə şirkət əhali əhatəsi dairəsində  86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail olub. Həmçinin günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınıb.

Vurğulamaq istərdik ki, Azercell-in yeni “Rəqəmsal Dünya bölgələrdə”  layihəsi artıq Naxçıvan, Ordubad, Şərur, Quba , Qusar, Xaçmaz, Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay və Şəki kimi bölgələrdə  baş tutub.  Rəqəmsal dünyanın ən son yeniliklərini daha əlçatan edən Azercell-in yeni layihəsini avqust ayında öz bölgənizdə gözləyin!

Festivalın ən son məlumatları ilə tanış olmaq üçün Azercell-in rəsmi İnstagram və Facebook səhifələrini izləməyi unutmayın!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

Paylaş:
774

Son xəbərlər

Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58
Bütün xəbərlər