Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanır

14:18 - 16 / 08 / 2019
Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanır

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyindən yararlananlar arasında sahibkarlarla yanaşı, hazırladığı əl işləri ilə ölkəmizin tarixini və mədəniyyətini təbliğ edən sənətkarlar da var.

1news.az-a Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən xəbərə görə, əl işlərinin tanıdılmasına və satışına, sərgilərdə iştirakına dəstək göstərilməsi üçün KOBİA-ya müraciət edən Cavid Eyyubov belə sənətkarlardandır.

Ağac üzərində oymaçılıqla məşğul olan Cavid Eyyubov Agentliyin dəstəyi ilə Gədəbəydə keçirilən Milli Yaylaq Festivalı çərçivəsində öz əl işlərini təqdim edib.

Cavid Eyyubov: “Milli Yaylaq Festivalında əl işlərim yerli və xarici qonaqlar tərəfindən maraqla qarşılandı. Xüsusilə də Azərbaycan abidələri və milli musiqi alətləri ilə bağlı əl işlərimə maraq böyük idi. Sərgi oymaçılıq sənətinin təbliğində, əl işləriminin tanıdılmasında faydalı oldu”.

Qeyd edək ki, KOBİA bu il Bakıda və ölkə regionlarında təşkil edilən bir sıra sərgi və festivallarda mikro, kiçik və orta sahibkarların, o cümlədən sənətkarların iştirakına, öz məhsullarını tanıtmasına və satışına, eləcə də işgüzar əlaqələrinin genişləndirməsinə dəstək göstərib.

S.Xankişiyeva

 

 

 

 

 

Paylaş:
491

Son xəbərlər

Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13
Bütün xəbərlər