Bakıda iki məktəbin hər birində bir sinfin bütün şagirdləri ali məktəbə qəbul olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda iki məktəbin hər birində bir sinfin bütün şagirdləri ali məktəbə qəbul olub – FOTO

12:06 - 19 / 08 / 2019
Bakıda iki məktəbin hər birində bir sinfin bütün şagirdləri ali məktəbə qəbul olub – FOTO

Bakıda iki orta məktəbin 11 a və 11 b siniflərini bitirmiş bütün məzunlar ali məktəbə qəbul olub.

1news.az-a Bakı Təhsil İdarəsindən verilən xəbərə görə, belə ki, 13 nömrəli tam orta məktəbin 11 A sinfini bitirən 22 məzunun hamısı 2018-2019-cu dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb.

Məzunlardan 8 nəfəri 500-dən yuxarı, 2 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

314 nömrəli tam orta məktəbin humanitar təmayüllü 11 B sinfini bitirən 22 məzun da ali məktəblərə keçirilən qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adını qazanıb.

Məzunlardan 21-i III qrup üzrə, 1-i isə V qrup üzrə qəbul imtahanlarında uğur qazanıb.

Məzunlardan 2 nəfəri 500-dən yuxarı, 20 nəfəri isə 200-500 bal arası nəticə göstərib.

S.Xankişiyeva

 

Paylaş:
1229

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər