“Nar” müştəri loyallığı indeksinə görə liderdir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar” müştəri loyallığı indeksinə görə liderdir – FOTO

17:25 - 22 / 08 / 2019
“Nar” müştəri loyallığı indeksinə görə liderdir – FOTO

“Nar” 2019-cu ilin 6 ayı ərzində əldə etdiyi nailiyyətlər barədə açıqlama edib.

Mobil operatorun təqdim etdiyi tariflər və qiymətlərin sərfəli olması, baza stansiyalarının sayının sürətlə artımı, abunəçilərə göstərilən yüksəkkeyfiyyətli internet xidməti sayəsində “Nar”-ın abunəçi bazası çoxalıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv abunəçi bazası 13% artıb. Hazırda mobil operatorun istifadəçilərinin sayı 2,3 milyona yaxınlaşıb.

Ötən yarım ilin nəticələrinə əsasən, “Nar” mobil şəbəkəsini daha da genişləndirməyə nail olub. Mobil operator 6 ay ərzində 490 yeni baza stansiyası quraşdırıb. Hazırda “Nar”-ın 4G baza stansiyalarının sayı 2140-ı, 3G baza stansiyalarının sayı isə 2700-ü ötüb. Bununla da “Nar” ölkədə ən geniş 4G şəbəkəsinə malik mobil operator olub. Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq paytaxla yanaşı, regionlarda da “Nar” şəbəkəsi daha da gücləndirilib. Hazırda 53 region 4G baza stansiyası ilə təmin edilib.

Ölkə ərazisində yeni baza stansiyalarının sürətlə quraşdırılması sayəsində 4G istifadəçilərinin sayı 96% artıb. “Nar” abunəçiləri arasında smartfon iştifadəçilərinin sayı isə 17% çoxalıb. Ümumilikdə, mobil operatorun abunəçiləri arasında smartfon iştifadəçilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə regionlar üzrə 15%, Bakı üzrə isə 18% artıb.

Media nümayəndələrinin iştirakı ilə yarım ilin nəticələrinin açıqlandığı mətbuat konfransında “Azerfon”un baş icraçı direktoru Qunnar Panke bildirib ki, “Nar” 6 ay ərzində nəzərəçarpacaq nəticələr əldə edib: “”Nar” olaraq əsas hədəflərimizdən biri üstün müştəri məmnuniyyətinə nail olmaq və hər bir müştəriyə fərdi yanaşmanı yüksək səviyyədə təmin etməkdir. Azərbaycan mobil rabitə bazarında müşahidə olunan güclü raqabət mühitində biz müştəri yönümlü strategiyamızı uğurla davam etdirmişik və müştəri məmnuniyyətində artıma nail olmuşuq. Müştərilərə göstərdiyimiz yüksəkkeyfiyyətli xidmət sayəsində 2 il ərzində ilk dəfə olaraq müştəri loyallığı indeksi üzrə mobil operatorlar arasında “Nar” birinci olub”.

“Nar”, abunəçilərinə Çağrı Mərkəzləri, nar.az internet səhifəsi ilə yanaşı, sosial media vasitəsilə də yüksəkkeyfiyyətli və operativ müştəri xidmətləri göstərməkdə davam edir. Belə ki, son 6 ay ərzində mobil operatorun sosial şəbəkələri vasitəsilə abunəçilər tərəfindən 115 mindən çox müraciət daxil olub. Sosial şəbəkələr vasitəsilə daxil olmuş müraciətlərin 94,7%-i bir dəqiqə ərzində cavablandırılıb.

2019-cu ilin 6 ayı ərzində mobil operator ikiqat internetdən istifadə və daha çox ünsiyyət qurma imkanı verən “CavanNar” tarifini, eləcə də xaricə səyahət etmək istəyən abunəçiləri üçün sərfəli rominq paketləri təqdim edib.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Reklam hüququnda

 

 

Paylaş:
511

Son xəbərlər

Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13
Bütün xəbərlər