Azercell-in rəqəmsal dünyası Lənkəranda – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell-in rəqəmsal dünyası Lənkəranda – FOTO

11:50 - 22 / 08 / 2019
Azercell-in rəqəmsal dünyası Lənkəranda – FOTO

On minlərlə insanı bir araya toplamağa müvəffəq olan Azercell-in “Rəqəmsal dünya bölgələrdə” layihəsinin səfərləri uğurla davam edir.

Naxçıvan şəhərində başlayan tədbirlər silsiləsi Şərur, Ordubad, Quba, Xaçmaz, Qusar, Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Şəki, Zaqatala, Bərdə, Mingəçevir və Yevlax şəhərlərindən sonra Lənkəranda baş tutub. Yeddi mindən çox insanın qatıldığı tədbirdə şəhər sakinləri əyləncəli və intellektual oyunlarla yanaşı, virtual reallıq oyunlarında öz qüvvələrini sınamaq, hədiyyə qazanmaq, eləcə də, Azercell-in ən son trendlərə uyğun xidmətləri və məhsulları ilə tanış olmaq imkanı əldə ediblər.

Azercell nümayəndələri 16 avqust tarixində Mingəçevir şəhəri uşaq nevroloji sanatoriyasını, 19 avqust tarixində isə Lənkəran şəhəri, O.Mirzəyev adına qarışıq tipli uşaq evini ziyarət edib. Azercell tərəfindən uşaqlara məktəb ləvazimatları və digər hədiyyələr təqdim olunub. Fəaliyyətləri boyunca on minlərlə insana tibbi yardım etmiş “Mobil Göz” və “Mobil Diş” klinikaları Lənkəranda uşaq evinə təşkil edilən səfərə qoşularaq, 40-a yaxın uşağı müayinədən keçirib.

Qeyd edək ki, ölkənin mobil rabitə istifadəçilərinin əksəriyyətinin seçimi olan Azercell şirkəti yüksək-sürətli interneti sayəsində ən son innovasiyaları daha da əlçatan etmək məqsədilə, 2018-2019-cu illər ərzində respublika boyu 4G şəbəkəsini gücləndirib və genişləndirib. Azercell son yarım ildə Azərbaycanın telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırıb. Beləliklə də, şirkət əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail olub. Həmçinin günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınıb. Hazırda, Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi 4G şəbəkəsinin əhatə dairəsindədir.

Azercell-in Rəqəmsal Dünyasını avqust ayının 21-i Qazaxda, 22-si Tovuzda, 24-ü Şəmkirdə və 26-sı Gəncədə gözləyin!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

Paylaş:
717

Son xəbərlər

Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20
Bütün xəbərlər