Bu ərazilərdə qaz təchizatı dayandırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ərazilərdə qaz təchizatı dayandırılacaq

12:22 - 22 / 08 / 2019
Bu ərazilərdə qaz təchizatı dayandırılacaq

Avqustun 22-si səhər saat 09:00-dan etibarən işlər başa çatanadək Naftalan şəhər mərkəzi və bir neçə kənddə qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İB-dən 1news.az-a  bildirilib ki, qeyd edilən saatdan etibarən texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi işlərinə start verilib. Həmçinin bu gün səhər saat 09:00-dan Hacıqabul rayonunun 5 kəndində də qaz təchizatı dayandırılıb. “Qaz İxrac” İdarəsi bu müddət ərzində balansında olan kəmərlərdə qaz sızmalarının ləğvi işlərini həyata keçirəcək.

Bundan başqa saat 09:30-dan 17:30-dək qaz sızmalarının ləğvi, orta təzyiqli qaz xəttinin sazlama işləri ilə bağlı İsmayıllı rayonunun mərkəzinin bir hissəsi və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər olacaq.

1news.az  

Paylaş:
458

Son xəbərlər

Bütün xəbərlər