Məktəbə BirKart-la hazırlaş
Kapital Bank 15 Sentyabr – Bilik Günü ərəfəsində BirKart müştəriləri üçün yeni aksiya təqdim edir. Aksiya çərçivəsində geyim, ayaqqabı, aksessuar, kitab və dəftərxana ləvazimatlarının satışı ilə məşğul olan BirKart partnyorlarında taksitlə alış-veriş edən müştərilər 15% cashback əldə edirlər.
Növündən asılı olmayaraq bütün BirKart müştəriləri bu fürsətdən bəhrələnə bilərlər. Aksiya 20 sentyabr 2019-cu il tarixinədək davam edəcək. BirKart Miles sahibləri isə həmçinin 10 qat mil qazanırlar.
Həmçinin Bakcell abunəçiləri aksiya çərçivəsində Ulduzumdan şəbəkədaxili pulsuz 15 dəqiqə əldə edirlər. Aksiyada iştirak üçün taksitli alış-veriş zamanı minimal məbləğ tələbi yoxdur.
Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir.
Reklam hüququnda