Qazaxda itkin düşmüş qadın övladları ilə Bakıda tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxda itkin düşmüş qadın övladları ilə Bakıda tapılıb

16:55 - 28 / 08 / 2019
Qazaxda itkin düşmüş qadın övladları ilə Bakıda tapılıb

Qazaxda itkin düşən ana və övladları tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Qazax rayon sakini, 1991-ci il təvəllüdlü Nərgiz Qasımova övladları – 2011-ci il təvəllüdlü Günel Qasımova və 2013-cü il təvəllüdlü Elgün Qasımovla Bakı şəhərində polis əməkdaşları tərəfindən tapılıb. Bu barədə onun yaxınlarına məlumat verilib.

Qadın izahatında bildirib ki, öz istəyi ilə Bakı şəhərinə gedib. Polisdən bildirilib ki, ana və övladlarının həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, N.Qasımova və övladalrı avqustun 4-də Qazax rayon Ağköynək kəndindəki evindən evindən çıxaraq bir daha geri qayıtmayıb.

S.Xankişiyeva

 

Paylaş:
391

Son xəbərlər

Bütün xəbərlər