Aİ-92 və Aİ-95 benzinlə bağlı vacib QƏRAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Aİ-92 və Aİ-95 benzinlə bağlı vacib QƏRAR

09:42 - 28 / 08 / 2019
Aİ-92 və Aİ-95 benzinlə bağlı vacib QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişiklik edib.

1news.az-ın verdiyi xəbərə əsasən, Baş nazir Novruz Məmmədovun imzaladığı sənədə görə, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib.

Dəyişikliyə əsasən, qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib.

Bu Qərar 2019-cu il 1 sentyabr tarixindən tətbiq olunacaq və 90 gün müddətində qüvvədə qalacaq.

S.Xankişiyeva

 

Paylaş:
964

Son xəbərlər

Bütün xəbərlər