“Nar” 4G istifadəçilərinin sayı 2 dəfə artıb  | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar” 4G istifadəçilərinin sayı 2 dəfə artıb 

10:00 - 28 / 08 / 2019
“Nar” 4G istifadəçilərinin sayı 2 dəfə artıb 

LTE texnologiyalı yeni baza stansiyaları quraşdırmaqla ölkənin ən geniş 4G şəbəkəsinə malik “Nar”-ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır.

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə “Nar”-ın 4G xidmətindən yararlananların sayı 96% artaraq 740 minə çatıb. Bununla da, mobil operatorun hər üç abunəçisindən biri aktiv 4G internetindən istifadə edir.

“Nar”-ın 4G abunəçilərinin sayının artmasına ölkə arazisində yeni baza stansiyalarının quraşdırılması, mobil operatorun təqdim etdiyi paketlər və tariflər, eləcə də 4G smartfon penetrasiyasının artımı təsir edib. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə “Nar”-ın smartfon istifadəçilərinin sayı 17% çoxalıb. 

“Nar” 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, regionlarda, şəhər və rayon mərkəzlərində də təqdim edir. Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq, 53 bölgə mərkəzi 4G şəbəkəsi ilə təmin edilib. Hazırda “Nar”-ın 4G şəbəksi ölkə əhalisinin 78%-dən çoxunu əhatə edir. Yaxın vaxtlarda isə bu göstəricinin 97%-ə çatdırılması planlaşdırılır. 

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97,5 %-ni əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Reklam hüququnda

 

 

 

 

Paylaş:
408

Son xəbərlər

Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20
Bütün xəbərlər