Bakı israillilərin ən çox səfər etdiyi 10 şəhər siyahısında | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı israillilərin ən çox səfər etdiyi 10 şəhər siyahısında

11:04 - 29 / 08 / 2019
Bakı israillilərin ən çox səfər etdiyi 10 şəhər siyahısında

İsrail vətəndaşlarının 2019-ci ilin yanvar-iyul ayları ərzində ən çox səfər etdiyi xarici ölkə şəhərlərinin siyahısı açıqlanıb.

1news.az  xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Turizm Agentliyi məlumat yayıb.

Mərkəzin məlumatına görə, bu barədə İsrailin nüfuzlu gündəlik qəzeti “Ynet” ölkənin “Amadeus” şirkətinə istinadən xəbər yayıb.

Belə ki, Bakı 2018-ci ilə nisbətdə 29% artımla İsrail vətəndaşlarının ən çox üz tutduğu şəhərlər sırasında ilk 10-luqda qərarlaşıb.

İlk 10-luğa, həmçinin Rusiyanın, Gürcüstanın, Bolqarıstanın, Kiprin və Yunanıstanın şəhərləri də daxil olub.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu 2019-cu ilin əvvəlindən etibarən israilli turistləri hədəfləyən kampaniya həyata keçirir.

Belə ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti bu ilin 12-13 fevral tarixlərində Tel-Əviv şəhərində təşkil olunmuş “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2019) sərgisində ölkəmizi təmsil edib.

İsrail mediası üçün Azərbaycana 2 infotur təşkil edilib ki, bu infoturlarda da İsrailin “Laisha”, “Walla!”, “Israel Today”, “Yediot Achronot”, “Passport-Globes”, “Lametayel”, “Mako” kimi tanınmış kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

İyul ayından başlayaraq İsrailin 3500 turagentindən ibarət məlumat bazasına Azərbaycan haqqında aylıq elektron bülletenlər göndərilməyə başlanılıb.

Aylıq 1.4 milyon istifadəçisi olan və səyahətçilər arasında məşhurluğu ilə tanınan “Lametayel” jurnalında Azərbaycan haqqında geniş məqalə dərc edilib, eyni zamanda jurnalın sosial şəbəkələrdəki hesablarında ölkəmizin turizm potensialını təbliğ edən video və fotolar paylaşılıb.

Bundan əlavə, Azərbaycan Turizm Bürosu davamlı olaraq sosial şəbəkə hesablarında İsrail bazarına hədəflənmiş paylaşımlar yerləşdirir və reklam siyasəti aparır.

Qeyd edək ki, 2018-ci ildə İsraildən Azərbaycana gələnlərin sayı 40082 nəfər təşkil edib.
Bu ilin yanvar-iyul aylarında isə Azərbaycana 24464 İsrail vətəndaşı səfər edib.

1news.az

Paylaş:
595

Son xəbərlər

Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20
Bütün xəbərlər