SOCAR əməkdaşlarının maaşı 20% artırılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR əməkdaşlarının maaşı 20% artırılıb

09:03 - 03 / 09 / 2019
SOCAR əməkdaşlarının maaşı 20% artırılıb

Prezident İlham Əliyevin əhаlinin maddi rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasi kursa uyğun olaraq, SOCAR prezidentinin əmri ilə şirkət üzrə bütün əməkdaşların əməkhaqqı 20 faiz artırılıb.

1news.az-ın SOCAR-a istinadla verdiyi xəbərə görə, maaşın artırılması dənizdə və digər ağır iş şəraitində çalışan həmkarların real gəlirlərinə daha çox təsir göstərəcək.

Hazırda SOCAR Azərbaycanın ən böyük işəgötürənidir və 50 mindən çox Azərbaycan vətəndaşını dayanıqlı iş yerləri ilə təmin edib.

S.Xankişiyeva

 

Paylaş:
423

Son xəbərlər

Bütün xəbərlər