Metro istifadəçilərinə şad XƏBƏR | 1news.az | Xəbərlər
Cəmiyyət

Metro istifadəçilərinə şad XƏBƏR

14:38 - 04 / 09 / 2019
Metro istifadəçilərinə şad XƏBƏR

Yaxın günlərdə yeni qatarlar sərnişinlərin ixtiyarına veriləcək.Yeni tədris ilinin başlaması və paytaxt sakinlərinin istirahətlərinin bitirməsi ilə əlaqədar olaraq "Bakı Metropoliteni"ndə qatarların hərəkət qrafikində dəyişiklər olacaq.

1news.az-ın verdiyi xəbərə görə, bu sözləri "Bakı Metropoliteninin" mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Qurum rəsmisi alınan yeni qatarlar haqda da məlumat verib:

"Köhnə qatarlara kondisioner sisteminin quraşdırılması çətin prosedur olduğu üçün yeniləri alınıb. 2015-2018-ci illərdə 5 qatar alınmışdı. Bu il daha 6-sı alınaraq ümumi say 30-a çatdırılıb. İctimaiyyətə açıqlamaq istəyirik ki, yeni qatarlarının alınmasının səbəbi köhnələrin istismar müddətinin bitməsidir. "Bakı Metropoliteni"nin xəttlərində istismar müddəti bitmiş bir dənə də olsun qatar yoxdur. Dəyişikliyə əsasən, yeni qatarlar yaxın günlərdə xəttə buraxılacaq. Bununla bağlı ətraflı məlumat tezliklə ictimaiyyətə veriləcək".

S.Xankişiyeva

 

Paylaş:
574

Son xəbərlər

Bütün xəbərlər