Elmar Məmmədyarov Xorvatiyanın yeni səfirini qəbul edib

Xarici İşlər naziri naziri Elmar Məmmədyarov Xorvatiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Branko Zebiçi qəbul edib.
1news.az xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edərək, ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla qeyd etdilər.
Səfir Branko Zebiç etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.
Nazir Elmar Məmmədyarov Xorvatiyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzuladı.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar
1news.az
270