BŞİH adından istifadə edən “dibçək fırıldaqçıları” peyda olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BŞİH adından istifadə edən “dibçək fırıldaqçıları” peyda olub – FOTO

10:15 - 05 / 09 / 2019
BŞİH adından istifadə edən “dibçək fırıldaqçıları” peyda olub – FOTO

Bakıda yerləşən mağazaların qarşısına qoyulması üçün sahibkarlara məcburi şəkildə dibçək gülləri satılır.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilir ki, Xətai rayonunda bir qrup şəxs mağazalara yaxınlaşaraq, özlərini Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) işçisi kimi təqdim edir. Onlar yeni qaydalara görə mağazaların qarşısında dibçək güllərinin qoyulmalı olduqlarını deyirlər. Bir dibçəkdə 3 gül var və o, 8 manata satılır.

Bakı Şəhər İcra Hakimiyyəti belə bir tapşırıq verilmədiyi bildirilib:

“Sosial şəbəkələrdə səsləndirilən iddialar əsassızdır. Heç kimə belə bir ixtiyar verilməyib. BŞİH adından istifadə edib belə bir addım atanlar barədə araşdırma aparılacaq. Məsələ barədə ciddi ölçü götürələcək”.

S.Xankişiyeva

Paylaş:
897

Son xəbərlər

Bütün xəbərlər