Bu Nazirlik 200-dən çox işçi axtarır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu Nazirlik 200-dən çox işçi axtarır

10:31 - 06 / 09 / 2019
Bu Nazirlik 200-dən çox işçi axtarır

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan qurumlarda 200-dən çox vakant yer üzrə işə qəbul elan edilib.

Nazirlikdən 1news.az-a bildirilib ki, əsasən aqronom, baytar feldşeri, baytar həkimi, laborant və traktorçu vakant yerləri üzrə işçiyə ehtiyac var.

Bildirilir ki, bu ixtisaslar üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinə müraciət edə bilərlər.

Vakant elan olunan iş yerləri üzrə vəzifə maaşları müxtəlif ixtisaslar üzrə 250-520 manat arasında dəyişir.

S.Xankişiyeva

 

Paylaş:
727

Son xəbərlər

Bütün xəbərlər