Azərbaycanlı şairə Balkanlarda ən nüfuzlu festivalda çıxış edib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı şairə Balkanlarda ən nüfuzlu festivalda çıxış edib – FOTO – VİDEO

12:51 - 06 / 09 / 2019
Azərbaycanlı şairə Balkanlarda ən nüfuzlu festivalda çıxış edib – FOTO – VİDEO

Sentyabrın 4-də Monteneqronun Biyelo Polya şəhərində Azərbaycandan olan şairə Nigar Həsənzadənin poeziya gecəsi keçirildi.

1news.az-ın verdiyi xəbərə görə, 1970-ci ildən bu yana hər il keçirilən və Bolqarıstanın böyük şairi Risto Radkeviçin xatirəsinə həsr olunmuş festival Balkanlarda ən nüfuzlu və ən böyük ədəbi festival sayılır. 

Çernoqoriya Mədəniyyət Nazirliyi, 2010-cu ildən bəri bu festivalı bölgənin əhəmiyyətli, mədəni hadisəsi olaraq qəbul edildi. Festivalda dünyanın müxtəlif şairləri, yazıçıları və dramaturqları iştirak edirdilər. Bu dəfə Nigar Həsənzadə xarici auditoriyanı təəccübləndirməyi bacardı.

Poetic proqram Azərbaycan dilində  təqdim olundu. Şairə şeirlərini Xalq şairi Sabir Rüstəmxanlının və gənc tanınmış şair Şəhriyar Del Geraninin tərcümələrində oxudu. Program böyük bəstəkarlarımız Emin Sabitoğlu və Vaqif Mustafazadənin musiqiləriylə müşayiət olundu. Nigar xanım çıxışını festivalın təşkilatçılarına, Azərbaycan Mədəniyyət Nazirliyinə, Monteneqrodakı Azərbaycan Mədəniyyət Mərkəzinə və Azərbaycanın Monteneqrodakı Səfirliyinə təşəkkürünü bildirərək başladı.

Alqış sədası ilə səslənən hər şeiri şübhəsiz ki, festivalın yaddaşında uzun müddət qalacaqdır.

“Festivalda ölkəmi təmsil etmək mənim üçün şərəf idi. Bu böyük bir məsuliyyətdir. Şeirlərimi doğma dilimizdə oxuya bildiyim üçün hörmətli Xalq şairi Sabir Rüstəmxanlıya və gənc, tanınmış şair Şəhriyar Del Geraniyə tərçümələrinə görə minnətdaram”, - Nigar Həsənzadə qeyd etdi.

Şairəmizin ifası həmin axşam Monteneqro dilində səslənən şeirlərin tərcümələrindən ibarət video materialla müşayiət olundu. Nigar xanımın xahişilə çıxış zamanı  ekranda Azərbaycan bayrağı dalğalanırdı:

“Tamaşaçıların xarici dildə şeir söylədiklərini nə qədər diqqətlə dinlədiyini izləmək çox təsirli idi. Sanki hər deyilən sözü başa düşən kimi bir səssizlik var idi...

Bu səyahət yalnız festivaldan deyil, həm də gözəl görüşlərdən təəssürat yaratdı. Beləliklə, Monteneqro Yazıçılar Birliyinin sədri,  yazıçı Milorad Popoviç,  akademik Zuvdija Hodzic, Milli Kitabxananın nümayəndəsi Bozidar Prorochich və Martinovich Niegos görüşdük. 

Həmyerlimiz Seyran Mirzəzadənin başçılığı ilə Monteneqrodakı Azərbaycan Mədəniyyət Mərkəzinin işini qeyd etmək istərdim. Mərkəz  layiqli səviyyədə  mədəniyyətimizin təbliğinə, Monteneqro ilə mədəni əlaqələrin qurulmasına və vətənimizin milli maraqlarının qorunmasına çalışır.

Bu ölkə yalnız ən yaxşı təəssüratlar bağışladı. Gözəl təbiətin, sadəliyin və sülhün bu sehrli dünyasına səyahətimin son olmayacağına ümid edirəm”.

S.Xankişiyeva

 

 

 

 

Paylaş:
1353

Son xəbərlər

Bütün xəbərlər