“Transbroker” Caspian Energy Forum Baku – 2019-un partnyoru olub
“Sentyabrın 10-da Azərbaycanın paytaxtında təşkil olunacaq 9-cu Beynəlxalq Caspian Energy Forum Baku-2019-un növbəti partnyoru “Transbroker” şirkəti olub.
1news.az-ın verdiyi xəbərə görə, 9-cu Beynəlxalq Caspian Energy Forum “Əsrin müqaviləsi”nin imzalanmasının 25 və “Caspian Energy” jurnalının 20 illik yubileyinə həsr olunub”, - deyə Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
“Artıq uzun illərdir ki, “Transbroker” şirkəti Caspian European Club-un fəal üzvüdür. Onun baş direktoru Nəriman Məmmədov isə Klubun Dövlət Gömrük Komitəsi ilə iş üzrə əməkdaşlıq qrupuna rəhbərlik edir. Bu işçi qrupu ən fəal qrupdur və Caspian European Club-un üzv şirkətlərinin bütün problem və təkliflərinin müzakirəsində iştirak edir. “Transbroker”in fəaliyyəti ilə bağlı onu da qeyd etmək istərdim ki, bu günədək Klubun vasitəsilə ona müraciət etmiş bütün şirkətlər nəticədən razı qalıblar”, - deyə Telman Əliyev söyləyib.
“Transbroker” ASC-nin baş direktoru Nəriman Məmmədov öz növbəsində şirkətin ilin əlamətdar hadisəsi olan 9-cu Beynəlxalq Caspian Energy Forum Baku-2019-un yüksək səviyyədə təşkilinə hazır olduğunu qeyd edib. “Bizim şirkət idxal-ixrac əməliyyatlarında gömrük xidməti göstərməklə bütün şirkətlərə yardım edir. Buraya idxal və ixrac olunan yüklərin, həmçinin tranzit yüklərinin Azərbaycanın xarici iqtisadi fəaliyyətinin əmtəə nomenklaturasına uyğun olaraq malların kateqoriyası üzrə məhdudiyyətsiz gömrük rəsmiləşdirilməsi daxildir”, - deyə Nəriman Məmmədov əlavə edib.
Caspian Energy Forum Baku-2019-un işində dünyanın 50 ölkəsindən 1500-dən artıq nümayəndə iştirak edəcək. Onların arasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, eyni zamanda Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb.
Caspian Energy Forum Baku – 2019 üç sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsi mövzusuna həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulacaq, Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs olunacaq. İkinci sessiyada, həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək. Kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.
9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyorları sırasında həmçinin “Azpetrol ltd” ASC, “AzerTelecom” ASC, “AzeriСard”, “ICODS Hilmer GMBH”, “Hellmann Worlwide Logistics”, “Nərimanfilm”, “Vien Group”, “NABUCCO A&C” və “Azprint” şirkətləri də var.
Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var. Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Əlavə məlumat üçün:
E-mail: [email protected]
URL: www.caspianenergy.net; www.caspianenergy.org
1news.az