Azərbaycan Beynəlxalq Bankının yaratdığı ödənişsiz Akademiyaya qəbul başlandı – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankının yaratdığı ödənişsiz Akademiyaya qəbul başlandı – FOTO

13:00 - 09 / 09 / 2019
Azərbaycan Beynəlxalq Bankının yaratdığı ödənişsiz Akademiyaya qəbul başlandı – FOTO

Sentyabrın 9-da Azərbaycan Beynəlxalq Bankı ilə “DAN.IT” təhsil mərkəzi arasında IBA Tech Akademiyasının fəaliyyətinə dair tərəfdaşlıq müqaviləsi imzalanıb.

Sənədə Azərbaycan Beynəlxalq Bankı tərəfdən bankın İdarə Heyətinin sədri Abbas İbrahimov, “DAN.IT” mərkəzi tərəfdən isə mərkəzin təsisçilərindən Eddi Prilepski imza atıb. Tədbirdə sentyabrın 9-dan IBA Tech Akademiyasına qəbulun başlandığı elan edilib. 18 yaşı tamamlanmış, proqramçı olmaq istəyən şəxslər qəbul üçün akademiyanın internet səhifəsi üzərindən onlayn ərizə göndərə bilərlər: www.ibatech.az

Belə bir Akademiyanın yaradılmasında məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Azərbaycan Beynəlxalq Bankının Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində Akademiyada təhsil ödənişsiz olacaq.

Müşahidə Şurasında CISCO, WiX, SIGMA və s. bu kimi qurumlar təmsil olunan və IT təhsili sahəsində bir çox qlobal şirkətlərə tərəfdaşlıq köməyi göstərən “DAN.IT” mərkəzi də Azərbaycan Beynəlxalq Bankının ölkəmizin biznes mühitində ilk dəfə olaraq həyata keçirdiyi bu sosial layihənin icrasında yaxından iştirak edəcək.

Akademiyada təşkil olunan intensiv bootcamp proqramlarında iştirak üçün müraciət edənlər arasından 2 istiqamət üzrə 100 tələbə seçiləcək. Namizədlər onlayn ərizə göndərdikdən sonra seçim 4 mərhələ üzrə aparılacaq: qeydiyyat, məntiq testi, texniki test və fərdi müsahibə. Təlimlərsə oktyabrın 10-dan Bakıda keçiriləcək. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparacaqlar. IBA Tech Akademiyasında təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə kömək göstərəcək. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına da dəstək veriləcək.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov deyib: “Biz belə bir Akademiyanın yaradılacağını bir neçə həftə əvvəl elan etmişdik. Akademiya barədə ilk açıqlamamızın cəmiyyətdə doğurduğu geniş maraq Azərbaycan Beynəlxalq Bankının bu sosial təşəbbüsünün nə qədər böyük ictimai zərurətdən yarandığını göstərir. Bununla bağlı üzərimizə düşən bütün vəzifələri yerinə yetirəcəyik ki, IBA Tech Akademiyasının fəaliyyəti ilə ölkəmizin bu günü və gələcəyi üçün yüksək bir dəyər yarada bilək. Beləliklə, IT sahəsində bilik və bacarıqlar qazanmaq, özünü inkişaf etdirmək, uğurlu karyera qurmaq arzusunda olan bütün gənclərimizin üzünə bu gündən çox geniş bir imkan açılmış olur. Onları bu imkandan faydalanmağa çağırırıq”.

“DAN.IT” mərkəzinin təsisçilərindən Eddi Prilepski isə bildirib ki, TELEM metodikasının prinsiplərinə görə, IBA Tech Akademiyasına müraciət edən şəxslərin texniki təhsilli şəxslər olması mütləq şərt deyil. “Çünki burada hər kəs sıfırdan başlayaraq öyrədiləcək. Amma burada təhsil almaq istəyən şəxslərin adekvat məntiqi təfəkkürə malik olması, yüksək texnologiyalara maraq göstərməsi, öyrəndiklərini təcrübədə tətbiq etmək marağı çox mühümdür. Bu halda biz onları əsl peşəkarlar kimi yetişdirərək uğurlu karyera qurmalarına kömək göstərə biləcəyik. Əminik ki, Azərbaycan Beynəlxalq Bankı ilə bu birgə işimiz “DAN.IT” təhsil mərkəzinin ən uğurlu tərəfdaşlıq layihələrindən olacaq”.

IBA Tech Akademiyasına qəbul üçün son müraciət tarixi 30 sentyabrdır.

Reklam hüququnda

 

 

Paylaş:
514

Son xəbərlər

Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13
Bütün xəbərlər