Meksika səfiri Şahin Mustafayevlə görüşüb
İkitərəfli ticarətin hazırkı vəziyyətini, eyni zamanda onun inkişafı perspektivlərini müzakirə etmək məqsədilə sentyabrın Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşüb.
1news.az-a səfirlikdən verilən məlumata görə, nazir rəhbərlik etdiyi qurumun funksiyaları, tabeliyində olan sahələr, həmçinin milli iqtisadiyyatın son nailiyyətlərindən söz açıb. Bu xüsusda, iqtisadiyyatın şaxələndirilməsinə dair müxtəlif sahələrdə keçirilən islahatları qeyd edib.
Meksika səfiri, öz növbəsində, ölkə iqtisadiyyatı və onun dünyadakı hazırkı rolunun geniş panoramını təqdim edib. Vurğulayıb ki, Meksika azad ticarət sazişləri şəbəkəsi vasitəsilə beynəlxalq bazarlara keçidi təmin edən açıq bir iqtisadiyyatdır. Ölkə rəqabətli qiymətləri və stratejı coğrafi yerləşməni təklif edir. 2018-ci ildə Meksika iqtisadiyyatı 31,6 milyard dollara (ilkin rəqəm) bərabər birbaşa xarici sərmayə axınını qəbul edib.
Ticarətə gəldikdə isə Meksika dünya ÜDM-un 60%-dan çoxunu təmsil edən 46 ölkə ilə azad ticarət üzrə 12 saziş ilə vacib ixrac platformasını təmsil edir. Yalnız 2018-ci ildə Meksika ixracının dəyəri rekord dərəcə - 450.5 milyard dollara çatdı, idxalı isə 464.2 milyard dollar toplamışdır.
Diplomat əlavə edib ki, Meksika həmçinin dünyada düz ekranlı televizorların birinci istehsalçısı və pivənin birinci ixracatçısı kimi tanınır. Kənd təsərrüfatının inkişafı beynəlxalq səviyyədə göstəriciləri yaxşılaşdırmağa təkan verdi – dünya bazarında hər üç avokadodan biri Meksika mənşəlidir.
Tərəflər ikitərəfli ticarət əlaqələrini müzakirə etdilər. Səfir Labardini, öz növbəsində, 2018-ci ildə ikitərəfli ticarətin rekord rəqəmə - 26 milyon dollara çatdığını vurğulayıbvə yaxın zamanlarda bu rəqəmin daha da artacağına dair nikbinliyini ifadə edib.
Hər iki tərəf əməkdaşlıq perspektivlərinin genişləndirilməsi vacibliyi, biznes forumların keçirilməsi və iş adamları arasında əlaqələrin gücləndirilməsinin zəruriliyini bölüşüblər.
P.S.