Mİllət vəkili: Siyasi transfer etmiş insanların hamısına qara şüşədən baxa bilmərik | 1news.az | Xəbərlər
Siyasət

Mİllət vəkili: Siyasi transfer etmiş insanların hamısına qara şüşədən baxa bilmərik

09:31 - 11 / 09 / 2019
Mİllət vəkili: Siyasi transfer etmiş insanların hamısına qara şüşədən baxa bilmərik

Bir neçə gün bundan öncə hörmətli həmkarlarım Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun və eləcə də Yeni Azərbaycan Partiyasının qurulmasında xüsusi rolu olan 91-lərdən partiyanın İdarə Heyətinin üzvü hörmətli Eldar İbrahimovun bir qrup siyasətçilərlə və eyni zamanda vaxtilə cox yüksək səviyyədə dövlət vəzifəsi tutmuş keçmiş məmurların ünvanına çox kəskin ittihamlar səslənib. Mən bu fikirləri paylaşmıram, razı deyiləm.

1news.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri  Məlahət İbrahimqızı öz facebook səhifəsində yazıb.

O deyib: “Çünki hər hansı bir məsələni tənqid edəndə düşünürəm ki, onu konkret demək lazımdı. Yəni o bir qrup insana yönəlirsə, onların adı deyilməlidi. Çünki bu kəskin açıq mövqe olar və eyni zamanda hər kəs də bilər ki, kimin mövqeyi və münasibəti necədir. Ümumilikdə belə ad çəkmədən deyilməsi düşünürəm ki, bu yaxşı deyil, əksinə insanların ürəyində bir kölgə salır və qeyri-müəyyənlik yaranır. Və düşünmürəm ki, bu gün bizim siyasətçilər arasında parlamentdə eləcə də dövlətin yüksək vəzifəsini daşıyan insanlar arasında dövlətin əleyhinə bir mövqe, Heydər Əliyev siyasətinin, möhtərəm cənab Prezident İlham Əliyevin siyasətinin əksinə olan bir fəaliyyət ola bilər. Sözsüz ki, Azərbaycanda ötən dövr ərzində müəyyən çox yüksək səviyyədə olan müəyyən insanlar olub, nazirlər, millət vəkilləri də olub. Onların yolunu azan məqamlar da olub. Onların da yolunu azması qanuna zidd olaraq, qanunvericiliyin pozulması konkret cinayət xarakterli əməllər olduğuna görə həmin o məmurlar, həmin o millət vəkilləri qanunvericiliyin tələblərinə görə cəzalandırılmışlar. Bu da hər kəsə millət vəkili də ola bilər, sıravi bir dövlət qulluğunda çalışan da ola bilər. Amma bütövlükdə, bütöv bir qrupa belə bir fikirlərin səsləndirilməsi o qədər də doğru deyil.

Mən həm hörmətli Eldar müəllimə bir ağsaqqal, çox zəngin təcrübəsi olan, müasir dövlətimizin qurulmasında xüsusi xidməti olan Eldar müəllimə çox böyük hörmətim var, eləcə də Siyavuş müəllimə. Siyavuş müəllim gənc yaşlarından partiyamızın qurulmasında yaradılmasında çox böyük rolu olub, Heydər Əliyev siyasətinə sədaqətlə xidmət edən insanlardandı. Və onların da bu fikirlərin hansısa faktlarla əsaslanmasını görə bilmirəm. Bilirsiz, dünyanın bir çox inkişaf etmiş ölkələrində xüsusilə də demokratik inkişaf yolunu seçmiş ölkələrdə siyasi transferlər çox normal hesab olunur və siyasi mədəniyyət sayılır. Baxaq Amerikada nə qədər respublikaçılar keçiblər demokratların qrupuna və ya əksinə Demokrat Partiyası təmsilçiləri Respublikaçılar Partiyasına keçiblər. Eləcə də qardaş Türkiyədə. Bilirsiniz ki, siyasi transfer siyasi mədəniyyətin və siyasətin bir hissəsi hesab olunur. Yəni, Azərbaycanda da eyni siyasi transferlər baş tuta bilər. Biz siyasi transfer etmiş insanların hamısına qara şüşədən baxa bilmərik. Bu cür yanaşma olsa, Yeni Azərbaycan Partiyasına mənsub olmuş və müxtəlif vəzifələrdə çalışmış insanlar olub ki, əməllərində və fəalliyyətlərində müəyyən cinayət xarakterli işlər olub ki, onlarda qanunvericiliyin tələbinə uyğun cəzalandırılıblar”.

Millət vəkili hesab edir ki, bu insanların siyasi transferini siyasi düşmənçilik hesab etmək olmaz:

“Bu gün cəmiyyətdə siyasi transferin birmənalı qarşılanmamasının səbəbi sovet dövründə kommunist partiyasından çıxıb, başqa partiyaya üzv olmaq düşünürəm ki, dövlətə xəyanət idi. Bunun məsuliyyəti ya güllələnmə, ya da ki, Sibirə sürgün olunma idi. O hələ də, bu gün Azərbaycan cəmiyyətində, insanların düşüncəsində qalıbdır. Bilirsiz, bugün Azərbaycanda hansısa siyasi partiyadan transfer olub Yeni Azərbaycan Partiyasına keçməsi və ya Yeni Azərbaycan Partiyasına keçid son dərəcə normal qarşılanmalıdır. Bu gün bizim konstruktiv dialoqda olan həmrəy partiyalarımız var. Onlar bu gün Heydər Əliyev siyasətini özündə əks etdirən Yeni Azərbaycan Partiyasını alternativsiz hesab edirlər. Və bu gün möhtərəm cənab Prezidentimizi apardığı siyasət böyük ehtiramla, hörmətlə və rəğbətlə dəstəkləyirlər. Möhtərəm cənab Prezidentimizin 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikası Prezidenti seçiləndə, onun səsləndirdiyi bir fikir ki: “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacam!”. Və bu təbii ki, ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyalara, QHT-lərə, vətəndaş cəmiyyətlərinə və ictimaiyyətə bir mesaj idi. Və bu ötən dövr ərzində, ötən 16 il ərinzdədə 16 il bundan əvvəl səsləndirən fikrin real nəticələrini görürük. Və ona görə də bu gün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti və QHT-lər ölkəmizin Qarabağ konflikti kimi ağır bir problemin olduğu dövrdə möhtərəm Prezidentimizin ətrafında sıx birləşməyi və Yeni Azərbaycan Partiyası ilə həmrəy və əməkdaş bir partiya olmalarının öz əməllərində göstərməyə çalışırlar”.

1news.az

 

Paylaş:
436

Son xəbərlər

Bütün xəbərlər