Bakıda siyasi partiyalar xarici müdaxilələrin yolverilməzliyinə dair müzakirələr aparır

Bakıda bir sıra siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa başlayıb.
1news.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov təmsil edir, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, AĞ Partiyanın sədri Tural Abbaslı, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və başqaları iştitak edir.
Müsavat Partiyasının başqanı Arif Hacılı və KXCP sədri Mirmahmud Mirəlioğluna dəvət göndərilsə də, onlar dəyirmi masaya qatılmayıb.
1news.az
362