Səfirlik: Milli Vətəndaşlıq Reyestrinin yenilənməsi şəffaf, hüquqi bir prosesdir | 1news.az | Xəbərlər
Dünya

Səfirlik: Milli Vətəndaşlıq Reyestrinin yenilənməsi şəffaf, hüquqi bir prosesdir

17:27 - 05 / 09 / 2019
Səfirlik: Milli Vətəndaşlıq Reyestrinin yenilənməsi  şəffaf, hüquqi bir prosesdir

Milli Vətəndaşlıq Reyestrinin yenilənməsi hökümət qərarı yox, Hindistanın Ali Məhkəməsi tərəfindən qanunla müəyyən edilən qaydada həyata keçirilən, şəffaf, hüquqi bir prosesdir.

1news.az xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı Səfirliyinin mətbuat xidmətinin rəhbəri S.C Sinha, Hindistanın Assam ştatı üçün tərtib edilən Milli Vətəndaşlıq Reyestrinin yekun siyahısının dərc edilməsi ilə bağlı mətbuatda yayımlanan suallara cavab olaraq, Hindistan hökümətinin Xarici İşlər Nazirliyinin 1 sentyabr 2019-cu il tarixində verdiyi açıqlamaya istinadən bildirib.

Onun sözlərinə görə, Ali Məhkəmə tərəfindən prosesə birbaşa nəzarət edilir və hökumət məhkəmənin verdiyi göstərişlərə uyğun hərəkət edir. 

O deyib ki, vətəndaşların Milli Reyestri elmi metodlara əsaslanan ədalətli bir prosesdir. Milli Reyestrinə daxil olmaq xüsusi bir hadisədir:“Assam ştatındakı hər hansı bir şəxs, 24 mart 1971-ci il tarixindən Assamın sakini olan bir şəxsin nəslindən olduğunu sübut edən sənədlərə əsaslanaraq siyahıya daxil ola bilər:

“Bu, ayrıseçkiliyə yol verməyən, qərəz və haqsızlığın olmadığı bir prosesdir. Bu mərhələdə siyahıdan çıxarılan hər kəs çıxarılması barədə bildirişi əldə etdikdən sonra 120 gün ərzində təyin olunmuş məhkəməyə apellyasiya şikayəti vermək hüququna malikdir. Bütün müraciətlər və çıxarılma ilə bağlı işlər məhkəmə tərəfindən yoxlanılacaq, bu qərardan zərər çəkən hər kəs Assam ştatının Ali Məhkəməsinə və daha sonra Ali Məhkəməyə müraciət etmək hüququna sahib olacaq”. 

Mətbuat xidmətinin rəhbəri deyib ki, vətəndaşların Milli Reyestrindən xaric edilməsi Assamda yaşayan fərdi sakinlərin hüquqlarına heç bir təsir göstərmir. Yekun siyahıda olmayan insanlar göz altına alınmayacaq və qanuna zidd hərəkətlər etmədikləri halda əvvəlki kimi bütün hüquqlarından istifadə etməyə davam edəcəklər. Reyesterdən xaric edilmə insanı "dövlətsiz" etmir. Onlar əvvəllər istifadə etdikləri hüquq və səlahiyyətlərindən məhrum olmayacaqlar:

“Assam ştatı siyahıdan çıxarılan və bu cür hüquqi yardım almağa imkanı çatmayan istənilən şəxsi pulsuz hüquqi yardımın göstərilməsi ilə təmin edib. Bununla da, insanlara, xüsusən dezavantajlı təbəqəyə mümkün olan ən yaxşı hüquqi yardımdan istifadə etmək imkanı yaradılır. Siyahıya daxil olmaq üçün verilən ərizələrin qəbul edilməsi prosesini sürətləndirmək üçün Ştat Hökuməti mövcud 100 məhkəməyə daha 200 məhkəmə heyəti əlavə edir. 2019-cu ilin dekabr ayına qədər Assam ştatı tərəfindən daha 200 məhkəmə təşkil ediləcək”. 

S.C.Sinha əlavə edib ki, dünyanın ən böyük demokratiyası kimi Hindistan Konstitusiyasında “hərkəs üçün bərabər hüquqlar” və “qanunun aliliyinə hörmət” qəti şəkildə mühafizə olunur. İnsan hüquqlarının müdafiəsi üçün çalışan müstəqil məhkəmə sistemi və tam şəkildə muxtariyyəti olan dövlət qurumları bizim siyasi quruluşumuzun və ənənələrimizin ayrılmaz hissəsidir. Vətəndaşların Milli Reyestrinin həyata keçirilməsi zamanı qəbul edilən hər hansı bir qərar Hindistan qanunlarının çərçivəsində olacaq və Hindistanın demokratik ənənələrinə uyğundur.

P.S.

Paylaş:
270

Sizin üçün xəbərlər

Son xəbərlər

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52
Bütün xəbərlər