Səhər saatlarında metroda qatarların gecikməsinin səbəbi açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhər saatlarında metroda qatarların gecikməsinin səbəbi açıqlanıb

16:21 - 17 / 09 / 2019
Səhər saatlarında metroda qatarların gecikməsinin səbəbi açıqlanıb

Sentyabrın 17-də Bakı metrosunda hər iki xətt (qırmızı və yaşıl) üzrə qatarların hərəkətində gecikmələr olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AZƏRTAC-a bildirib ki, yeni qatarlarda qapılar avtomatlaşdırılmış sistemdə açılaraq bağlanır. Qapılar bağlanarkən hər hansı maneəyə rast gələrsə və ya sərnişinlər tərəfindən qapıların bağlanmasına imkan verilmədikdə bu proses davamlı təkrarlanır: “Qapılarla bağlı hal bir neçə dəfə təkrarlandıqda avtomatlaşdırılmış sistemdə dayanma müşahidə olunur. Belə olduqda proqram təminatını yenidən yükləmək məcburiyyəti yaranır və bu, 2 dəqiqə vaxt tələb edir”.

B.Məmmədov əlavə edib ki, artıq iki gündür metroda böyük sıxlıq müşahidə olunur: “Dünən 800 mindən çox sərnişin metro ilə daşınıb. Yeni qatarlarda avtomatlaşdırılmış sistemə sərnişinlərin müdaxiləsi bu cür hallara səbəb olur”.

1news.az

Paylaş:
518

Son xəbərlər

Bütün xəbərlər