ATƏT cəbhə xəttində monitorinq keçirib | 1news.az | Xəbərlər
Siyasət

ATƏT cəbhə xəttində monitorinq keçirib

14:30 - 18 / 09 / 2019
ATƏT cəbhə xəttində monitorinq keçirib

ATƏT-in bu gün Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster  keçirib.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçiriblər.

1news.az

Paylaş:
226

Son xəbərlər

Bütün xəbərlər