AZAL zərərli tullantılarla bağlı yeni texnologiyalar tətbiq edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL zərərli tullantılarla bağlı yeni texnologiyalar tətbiq edir

17:11 - 18 / 09 / 2019
AZAL zərərli tullantılarla bağlı yeni texnologiyalar tətbiq edir

“Azərbaycan Hava Yolları” (AZAL) və “OpenAirlines” şirkəti “SkyBreathe” həllinin istifadəsinə dair razılaşma imzalayıblar.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, ətraf mühitə atılan zərərli tullantıların azaldılması məsələsinin AZAL üçün yüksək prioritet təşkil etdiyini nəzərə alsaq, bu razılaşma Azərbaycanın milli aviadaşıyıcısı üçün strateji xarakter daşıyır.

“SkyBreathe Fuel Efficiency” aviaşirkətlərin yanacaqdan səmərəli istifadəsi və tullantıların azaldılması üçün geniş informasiya emalı alqoritmləri, süni intellekt və kompüter təlimindən istifadə edən müasir həldir.

“Bütün reyslərimizdə yanacaq istifadəsinin analizi üçün “SkyBreathe” proqram təminatını ən yaxşı vasitələrdən biri kimi seçmişik. “SkyBreathe” kimi geniş imkanlara malik proqram təminatı bizim üçün yanacaqdan istifadənin səmərəliliyini artırmağa kömək edəcək əla bir resurs olacaq. Beləliklə, AZAL ətraf mühitin qorunması kimi vacib bir məsələyə də öz töhfəsini verəcək” -  deyə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin direktoru Cəmil Mənizadə qeyd edib.

“Biz AZAL-a yanacaqdan istifadənin səmərəliliyinin daha da artırmağa kömək etdiyimiz üçün qürur duyuruq. Hal-hazırda aviaşirkətlər atmosferə karbon qazının atılması problemləri ilə üzləşirlər. “SkyBreathe” həllini istifadə edərək, AZAL bu amilə təsir edən xərcləri 2-5% azaltmaq ilə ətraf mühitin qorunması sahəsində lider mövqe tutacaq”-  deyə, “OpenAirlines” şirkətinin baş direktoru Aleksandr Ferey qeyd edib.

Onu da bildirək ki, “OpenAirlines” ilə müqavilə bağlayaraq, “Azərbaycan Hava Yolları” “FlyDubai”, “Air France”, “Norwegian”, “Iceland Air” və digər bir sıra aparıcı aviaşirkətlər ilə yanaşı ətraf mühitin qorunması və yanacağın səmərəli istifadəsi üçün “Skybreathe” həllindən istifadə edən ən böyük aviaşirkətlər birliyinə üzv olub.

1news.az

Paylaş:
589

Son xəbərlər

Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47
Bütün xəbərlər