Dadaşlinski Rəhman Hacıyevi sual atəşinə tutdu – VİDEO

Məlum olduğu kimi, Azərbaycan teleməkanında ilkə imza atan “İctimai Televiziya” yeni mövsümündə “3D” adlı layihəyə start verərək, efirə 3 D animasiyası ilə hazırlanmış şərti aparıcı çıxarıb.
Dadaşlinski Dadaş Dadaş oğlu adlı şərti aparıcının ilk qonağı İTV-nin Baş direktoru Balakişi Qasımov olub. Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan layihə sosial şəbəkələrdə əməlli başlı səs-küy yaradıb.
“Heç kimin soruşa bilmədiyini mən soruşacağam! Hadisələrə heç kimin baxmadığı bucaqdan baxacağam” deyən Dadaşlinskinin növbəti qonağı isə 1news.az İnformasiya Agentliyinin və “Bakinskiy Raboçiy” qəzetinin baş redaktoru Rəhman Hacıyev olub. Bu dəfə də aparıcı qonağını sual atəşinə tutub.
O yazılı mətbuatın bugünkü durumu və gələcək perspektivi ilə bağlı sualından sonra bir qədər təxribat xarakterli suallara keçib. Məsələn, onun “APA bağlananda sevinmişdinizmi?”, “Rəhbəri olduğunuz 1news İnformasiya Agentliyini ölkənin ən yaxşı xəbər agentliyi hesab edirsinizmi?” kimi suallarına R.Hacıyev peşəkarlıqla cavab verib. Hətta Dadaşlinski “Mən öz verilişimi nəinki İTV-nin, ümumiyyətlə, Azərbaycan teleməkanının ən uğurlu verilişi sayıram” deməsi də qonağından istəyi cavabı almasına kömək etməyib. R.Hacıyev “1news.az Azərbaycan mətbuatının ən yaxşı, ən maraqlı saytlarından biridir” deməklə cavab verib.
AZƏRTAC-ın baş redaktoru olmaq təklifini rədd etdiyin deyən Dadaş Dadaşlinski R.Hacıyevə belə bir təklif gələcəyi təqdirdə cavabının necə olacağını da soruşub. Baş redaktorun Dadaşlinskinin bu və digər suallarına cavabı sizin üçün də maraqlıdırsa verilişin tam versiyasını aşağıda izləyə bilərsiniz.
1news.az