“Samsung PowerStick” – əl çatmayan yerlərdə belə sürətli təmizlik
Bir qədər un və ya şəkər tozu dağıldıqda bir çoxumuz böyük həcmli tozsoranı işə salmaqdan imtina edirik. Belə ki, gözümüz önünə uzun uzadı quraşdırma prosesini gətirib, bütün boru və keçirmə hissələr haqqında düşünürük. Ən əsası isə təmizlik bitdikdən dərhal sonra tozsoranı yenidən de-montaj edib yerinə qoymaq məcburiyyətində oluruq. Belə olduğu halda, rahat və yığcam tozsoranın hər zaman əlimizin altında olması hər birimizin arzusudur.
“Samsung” şirkətinin təqdim etdiyi “PowerStick” adlanan şaquli (vertikal) tozsoran, xaric edilə bilən akkumulyator üzərində işləyərək təmizliyin öhdəsindən məharətlə gəlir. Bununla yanaşı cihaz erqonomik korpusa da malikdir. İncə konstruksiyası sayəsində tozsoran divara söykənməni tələb etmədən, rahatlıqla “dayana” bilir. Belə ki, təmizlik zamanı digər işlərə vaxt ayırmanız tələb olunarsa, siz sadəcə tozsoranı olduğu yerdə qoyub, mətbəxə keçə bilərsiniz.
Həmçinin, cihaz olduqca yığcam olduğundan tozsorana əlavə yer ayırmanız tələb edilmir. “PowerStick”-in digər üstünlüyü isə onun erqonomik dizaynıdır ki, tozsoran asanlıqla otaqlar daxilində hərəkət edə bilir. 180 dərəcə əyilə bilən xüsusi fırça sayəsində isə cihaz istənilən guşənin təmizliyini rahatlaşdırır. Bununla bahəm istədiyiniz zaman “portativ” tozsoranını konstruksiyadan ayıraraq əl çatmayan yerləri də asanlıqla təmizləyə bilərsiniz. Beləliklə, tozsoran 2-si 1-də konstruksiyasına malik olub xırda guşələrin, dar künclərin və mebellərin təmizliyi üçün də yaralıdır.
“EZClean” texnologiyası sayəsində, “Samsung”-un təqdim etdiyi şaquli (vertikal) tozsoran, çirk və saç topalarını asanlıqla toplamağa imkan yaradan yüksək sovurma gücünə malikdir. “EZClean” tullantı konteynerini boşalmaq üçün isə sadəcə xüsusi dəstəyi çəkib, onu zibil yeşiyinə boşalmaq yetərlidir. Həmçinin, “EZClean” fırçasını konstruksiyadan asanlıqla ayırıb təmizləmək mümkündür.
Tozsoran 200 Vt-a qədər sovurma gücünü təmin edən və dəqiqədə 110 000 dövr sürəti ilə fırlanan inverter mühərriki ilə təchiz olunub. Burada hava hərəkətini tənzimləyən aerodinamik sistem hava axınlarını optimallaşdırır, multisiklon filtrasiya sistemi isə hətta xırda toz zərrəciklərini belə süzgəcdən keçirir. Təkmilləşdirilmiş mikrofiltr təmizlik zamanı 99,9% tozu neytrallaşdırır. Daha çox təmiz hava - daha az allergiya.
“Samsung PowerStick” tozsoranı haqqında əlavə məlumatı “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton” və “Optimal” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Reklam hüququnda