Vilayət Eyvazov rəisi və müavinini işdən qovdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Vilayət Eyvazov rəisi və müavinini işdən qovdu

17:14 - 25 / 09 / 2019
Vilayət Eyvazov rəisi və müavinini işdən qovdu

Bakıda polis bölməsinin rəisi, müavini və sahə müvəkkili vəzifədən azad edilib.

1news.az
-ın Report-a istinadən verdiyi xəbərə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Məmmədov, onun müavini polis mayoru İlkin Ələkbərov və sahə müvəkkili (adı açıqlanmayıb) işlərində yol verdikləri ciddi nöqsanlara görə, tutduqları vəzifədən azad olunaraq sərəncama götürülüblər.

1news.az 

Paylaş:
1544

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər