Milli Məclisin deputatı mandatından imtina etdi

Milli Məclisin deputatı Rəfael Cəbraylov mandatından imtina edib.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. o qeyd edib ki, R.Cəbrayılov mandatdan imtina etməsi barədə müraciət edib.
Ə.Hüseynli bildirib ki, R.Cəbrayılovun müraciəti barədə Mərkəzi Seçki Komissiyası qərar qəbul edəcək.
1news.az
614